Tanınmış yazıçıdan uşaqlara hədiyyə

Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin uşaqlar üçün "Dənizin nağılları  (Skazki morya)" kitabı nəşr olunub.

On iki nağıl-hekayənin yer aldığı kitab Azərbaycan türkcəsində və rus dilindədir.

120 səfihə, A-4 formatlı şəkilli kitabda hekayələrlə bağlı testlər də yer alıb.

Qələm nəşriyyatının sifarişi olan kitabın redaktoru  Dürdanə İbrahimova- Hüseynbəyli, rəssamları  Şəlalə Rüstəmova, Səidə Eyvazova, Süleyman Özkonuk, Murad Bingöl, dizayneri Ömər Məmmədovdur.

Yeni nəşri tezliklə şəhərimizin kitab mağazalarından almaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31