“Şirməmməd Hüseynov mükafatı”nın qalibi elan olundu
20 Dekabr 2021 15:56 Sosial"2021-ci il "Şirməmməd Hüseynov mükafatı"nın qalibi artıq məlumdur". "Olaylar" xəbər verir ki, nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2021-ci ildəki qalibi Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva olub.Məlumata görə ümumilikdə 8 namizəd irəli sürülüb. Komissiya üzvləri Zəfər tariximizi səhnələşdirən Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi "Şuşa, sən azadsan" filminin çox qiymətli bir əsər olduğu barədə yekdil fikrə gəlib. Bakı Media Mərkəzinin son illərdə çəkdiyi filmlər Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.Komissiya üzvləri Azərbaycanın baş tacı, Mədəniyyət Paytaxtımız olan Şuşamızın azadlığına həsr olunmuş "Şuşa, sən azadsan" filmini yüksək qiymətləndirərək, yekunda belə bir qərar verib.
Qeyd edək ki 2020-ci ildə "Şirməmməd Hüseynov mükafatı" Moskvada yaşayan həmyerlimiz, diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbova verilib. "Şirməmməd Hüseynov mükafatı" ilə bağlı qərar Parlament Jurnalistlər Birlyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixldə qəbul edilib. Əsasnamədə qeyd olunur ki, "Şirməmməd Hüseynov mükafatı"nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
"Şirməmməd Hüseynov mükafatı" fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir. Mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək. Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühtində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər. Bu mükafatı Azərbaycan dövləti və xalqı qarşısında göstərilmiş xidmətlərin qarşılığında qazanmaq mümkündür.