Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişlənir

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişlənir. Olaylar-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Lisenziyalar və icazələr haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi bu siyahıya daxil edilir. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31