Bakıdakı Həştərxan İş Mərkəzində keçirilən müsabiqəyə yekun vuruldu
19 Dekabr 2021 18:03 SosialDekabrın 17-18 tarixlərində Həştərxan Dövlət Universitetinin Bakıdakı Həştərxan İş Mərkəzində təşkil etdiyi B.İ.Dalın 220 illik yubileyinə həsr olunmuş yaradıcılıq layihələrinin müsabiqəsinə yekun vurulub. Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistandan olan tələbələr müsabiqəyə öz işlərini təqdim etmişdilər.
Müsabiqənin nəticələrinə əsasən, Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Tədris Kompleksinin tələbələrindən ibarət komanda qalib elan edilib.

İkinci yeri Qomel şəhər 11 nömrəli orta məktəb (Belarus Respublikası) şagirdlərinin hazırladığı layihə tutub.
Üçüncü yeri isə M.Utemisov adına Qərbi Qazaxıstan Universitetinin və Berdax adına Qaraqalpaq Dövlət Universitetinin tələbələri bölüşüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31