"Sosial Xidmətlər Agentliyi otaq bitkilərinin alınması üçün 4 milyondan çox pul ayırıb"- Xəqani Səfəroğlu
18 Dekabr 2021 15:07 SosialOlaylar.az xəbər verir ki, jurnalist Xəqani Səfəroğlu öz facebook hesabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyini tənqid edib.
Paylaşımda qeyd edib ki, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin tender elanı qəribədir.
Sosial Xidmətlər Agentliyi təbii otaq bitkilərinin alınması üçün 4 milyon 345 min 857 manat pul ayırıb. Tenderin qalibi də NUR SS MMC-dir.
Otaq bitkiləri belə bahadır? Bu qədər gül-çiçək nə üçün alınır görəsən?
Agentliyin işi sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasıdır.
Bu qədər gül -çiçək adam da nəsə qorxu yaradır."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31