Məşhur aktrisaya vaxtı keçmiş vaksin vurmaq istədilər - FOTO
18 Dekabr 2021 14:11 SosialAktrisa Hazal Kayaya xəstəxanada vaxtı keçən vaksin vurmaq istəyiblər.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, aktrisa vaksin vurdurmaq üçün xəstəxanaya yollanıb.
Məşhur kino ulduzu tibb bacılarının ona vaxtı keçmiş vaksin vurmaq istədiklərini görəndə əsəbiləşib. O, bu barədə 6, 6 milyon izləyicisi olduğu instaqramda post paylaşıb.
"Şüşəsini görmək istəməsəm, dekabrın 11-də istifadə müddəti keçmiş vaksin vurulacaqdı. Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, vaksinin istifadə müddəti keçdikdən sonra 9 ay istifadə oluna bilər. O zaman dərmanın üzərində niyə bu yöndə yazı var?", - o, postda qeyd edib.
Xatırladaq ki, musiqiçi Aytekin Ataş da eyni problemlər əlaqədər sosial mediada paylaşım etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31