“Omicron” ştamı ilə bağlı yeni AÇIQLAMA: “Xəstəliyi ağır keçirməmək üçün...”

"Omicron" ştamı və qazanılmış immunitetlə bağlı növbəti önəmli tədqiqatın nəticələri açıqlanıb.

Olaylar.az bildirir ki, "Pfizer" peyvəndi vurulandan sonra "Omicron"a qarşı T-hüceyrələrin cavabının gözlənildiyi kimi yuxarı səviyyədə qaldığı qeyd olunub.  "CD4 - T-hüceyrə reaksiyasında ardıcıl azalma olsa da, cavabın 70%-i qorunub saxlanılır. Bu da xəstəliyi ağır şəkildə keçirməməkdə vacib rol oynayır", deyə məlumatda bildirilib.

Həmçinin bununla, peyvənddən öncə virusa yoluxanların üstünlüyünün bir daha sübut edildiyi vurğulanıb: 

"Bütün bunlar bir daha onu deməyə əsas verir ki, effektiv peyvəndlərlə aparılan strategiya elmi əsaslıdır və bu, bu gün sizi ağır kliniki gedişatlardan qoruyacaq ən effektli yoldur".

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31