Ağsuda küçəyə çıxan koronavirus xəstəsi saxlanılıb- VİDEO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Olaylar.az-a verilən məlumata görə, COVID-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilən şəhər sakini İnqilab Hüseynli qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə aşkarlanan həmin şəxs tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31