Beynəlxalq Miqrasiya Təşkilatı məcburi köçkünlərə dolanışıq fəaliyyətini qurmağa kömək edir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi məcburi köçkün ailələrinə bazar qiymətləndirmələri, təlimlər və qrantlar daxil olmaqla mikro və kiçik sahibkarlıq müəssisələrinin yaradılmasına dəstək verməklə özünüməşğulluq imkanları yaratmaq istiqamətində təşəbbüslərini davam etdirir. Nümayəndəlik Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsinin Kiçik Biznesə Dəstək komponenti çərçivəsində biznes təlimlərinin davamı olaraq biznes planları uğurlu hesab edilən iştirakçılara qeyri-nağd qrantlar verilməsinə start vermişdir. İlkin olaraq Ağdam rayonun Bənövşələr qəsəbəsində yaşayan məcburi köçkün Gülsüm Aslanova və rayonun Baharlı kəndində yaşayan məcburi köçkün Amaliya Əliyevaya dərzi bizneslərini inkişaf etdirmək üçün avadanlıqlar təqdim olunmuşdur.

Bir 1 nəfər şəkili ola bilər

Ümumilikdə, pilot rayonlar olan Ağdam və Ağcabədi rayonlarında keçirilən biznes təlimlərində iştirak edən 61 iştirakçıdan Ağdam rayonunda yaşayan 23 nəfər, Ağcabədi rayonundan isə 14 nəfər məcburi köçkünün biznes planları dəstəklənmək üçün seçilmişdir.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Qeyd edək ki, layihənin biznesin inkişafı komponenti çərçivəsində hədəf ərazilərində məcburi köçkün icmalarına yönəlmiş fəaliyyətlər üç hissədən ibarətdir: fərdi təşəbbüslərin inkişafı üçün etibarlı məlumat bazasının yaradılması; məcburi köçkün icmalarının maliyyə savadlılığının artırılması və özünüməşğulluğun təşviqi. Bu fəaliyyətlər, həmçinin məcburi köçkünlərin həyat səviyyələrini yaxşılaşdırmağa və onların cəmiyyətin həyatındakı iştiraklarını təşviq etməyə dəstək vermək məqsədi daşıyır.

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

İcmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisini də özündə cəmləşdirən komponentlərə bağlı görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə, kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.

IOM Azerbaijan helps IDPs maintain livelihood activities

IOM Azerbaijan continues its initiatives for the provision of self-employment opportunities for Internally Displaced Personchr("39")s (IDP) families through support to micro and small-entrepreneurship set-up, including market assessments, business training, and non-cash grants.

As a follow-up to the business trainings under the Small Business Support component of the project on chr("39")Integrated Rural Development for Internally Displaced Persons (IDP) Communities in Azerbaijan through Revitalization of the Kahriz Water Supply Systemchr("39") financed by the Korea International Cooperation Agency (KOICA), IOM Azerbaijan started distribution of non-cash grants to IDPs whose business plans were considered successful. Initially, Gulsum Aslanova, an IDP living in Banovshalar settlement, and Amaliya Aliyeva, an IDP living in Baharli village of Aghdam district, were provided with equipment to develop tailoring businesses.

In total, out of 61 participants of the business trainings held in the pilot districts of Aghdam and Agjabadi, 23 IDPs living in the Aghdam region and 14 IDPs from the Agjabadi region were selected to support their business plans.

In general, activities targeting IDP communities in the target areas under the business development component of the project are threefold: generating reliable data for producing tailor-made initiatives; increasing the financial literacy of the IDP communities and promoting self-employment. These activities also aimed to help IDPs to improve their standard of living and encourage their participation in society.

In addition to the business development component of the project which envisages providing support to small business initiatives creating a conducive environment for IDPs to start and maintain income generating/livelihood activities in the target regions of Azerbaijan, the project contributes to the prevention of forced economic migration by enhancing access of rural communities in Azerbaijan to energy-free water resources as a means to increase agriculture productivity and livelihoods through provision of water infrastructure, by providing opportunities for income-generating activities in link with Kahriz renovation.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31