Yunus Oğuza «YAŞAT» Fondunun hədiyyəsi təqdim edilib

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olmuş igidlərimizin adlarının yaşadılması, onların ailə üzvlərinin və qazilərimizin sosial rifah halının, sağlamlıqlarının gücləndirilməsi məqsədilə yaradılmış "YAŞAT" Fondu daha bir təqdirəlayiq addım atıb. Belə ki, Fondun yaradılmasının 1 ili ərəfəsində Vətən müharibəısi şəhidlərinin xatirəsinə həsr edilmiş təqvim hazırlanıb. 

Qeyd edək ki, "YAŞAT" Fondu tərəfindən hazırlanmış təqvim 1 il ərzində adıçəkilən qurumla səmərəli əməkdaşlıq etmiş ictimai-siyasi xadimlər, yazarlar, baş redaktorlara hədiyyə edilib. Fondun təmsilçisi, "ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev tərəfindən yazıçı-publisist Yunus Oğuza da sözügedən təqvim hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31