“YAŞAT” Fondunun 1 illik fəaliyyətinə dair tədbir keçirilib
16 Dekabr 2021 15:59 SosialAzərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərən "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair tədbir keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə yazıçı-publisist, Olaylar İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz da iştirak edib. Tədbirdə fondun bir il ərzində gördüyü işlərdən danışılıb.
Sonda "YAŞAT" Fondu tərəfindən tədbir iştirakçılarına 44 günlük Vətən Müharibəsini əks etdirən təqvim hədiyyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31