Fərid Qayıbov Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib
16 Dekabr 2021 13:35 SosialAzərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.
MOK-dan Olaylar.az-a verilən məlumata görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31