12 illik təhsilə keçid mümkündürmü?
16 Dekabr 2021 12:02 Sosial"Son günlər cəmiyyətdə 12 illik təhsilə keçidlə bağlı müzakirələr aparılır. Hesab edirəm, müəyyən ciddi hazırlıqlar həyata keçirildikdən sonra ölkəmizin 12 illik təhsilə keçidi təhsilimizin inkişafına töhfə verə bilər". "Olaylar" zəbər verir ki, bunu deyən millət vəkil Ceyhun Məmmədovun sözlərinə görə, bu gün dünyanın əksər ölkələrində 12 illik təhsil tətbiq olunur. Bu həmçinin bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək: "Bu, eləcə də xarici ölkələrdə bizim gənclərimizin təhsillərini uğurla davam etdirmələrinə öz təsirini göstərəcək. Bununla həm də beynəlxalq təcrübəyə keçmiş olacağıq və bu təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək".