"Buna hər bir vətəndaş əməl etsə, hər hansı problemimiz olmayacaq"
16 Dekabr 2021 11:23 SosialAzərbaycanda hadisələr zamanı mülk sahiblərinə dəymiş ziyanın ödənilməsi üçün əmlakların sığortalanması vacibdir.
Olaylar.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov əhaliyə müraciətində deyib.
Nazir bildirib ki, mülk sahibləri, sahibkarlar əmlaklarını sığortalamalıdırlar.
"Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq", - nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31