Daha iki məktəbdə əyani dərslər bərpa edildi

Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31