Azərbaycan əhalisinin sayı AÇIQLANDI
15 Dekabr 2021 15:49 SosialAzərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Olaylar.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 31580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.Bildirilib ki, əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31