Qanunsuz ov edənlər saxlanıldı

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib. Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31