Paytaxtın Xətai rayonuna su fasilə ilə veriləcək

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "OLAYLAR"-a "Azərsu" ASC-dən məlumat verilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31