2485-ci ildən gəldiyini iddia edən şəxsdən yeni AÇIQLAMA: “Gələn il…”

Sosial media hesabından etdiyi paylaşımlarla tanınan və 2485-ci ildən gəldiyini iddia edən "Thatonetimetraveler" ləqəbli şəxs yenidən səs-küyə səbəb olacaq məlumatlar yayıb.

Olaylar.az  bildirir ki, sözügedən adam 2022-ci ildə 900 ildir kosmosda yaşayan birinin dünyaya gələcəyini və insanlığın ondan yararlanmalı olduğunu açıqlayıb. "Thatonetimetraveler" həmin adamın vacib informasiyalar bildiyini söyləyib. 

"Dünyaya gələcək olan şəxs insanlıq haqqında çox şey bilir. Bu baxımdan insanlar ondan bir çox informasiya qəbul edə bilər, bu, onların həyata olan baxışlarını dəyişəcək. Əgər o insandan yararlanmasalar, yaşayış böyük bir sual işarəsi olmağa davam edəcək", - deyə o əlavə edib.

Xatırladaq ki, bundan öncə "Thatonetimetraveler" ləqəbli şəxs 25 dekabrda insanların həyatını kökündən dəyişəcək hadisənin olacağını iddia etmişdi.

(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31