Deputat yas mərasimlərinə icazə verilməsini TƏKLİF ETDİ

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin. Olaylar -ın məlumatına görə, bu təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib. Deputat bildirib ki, onlarla insan ona müraciət edərək bu məsələni qaldırmağı xahiş edib.
 
"Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur", - deyə R.Nurullayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31