Niyə Hikmət Mirzəyevin evi? Bu yalan xəbərlər niyə Vətən Müharibəsi Qəhrəmanına yönəlir?
13 Dekabr 2021 18:25 SosialDİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev: "Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir".
Bu məlumatı ilk olaraq xaricdən hürən təəssüf ki, şəxsiyyət vəsiqəsində azərbaycanlı yazılan erməni iti yaydı. Sonra mənasız tg və fb səhifələr. Məqsəd bilirsiniz nə idi? Yani Hikmət Mirzəyevin də villası var və orada heç kim yaşamır. Yalnız mühafizəçi və it. Mövzunu tutursunuz yəqin? M. itZəli Azərbaycan xalqının düşməni Lapşini verilişinə çağırır və o, YAŞMA 052 haqda təhqirli sözlər işlədir. İndi də Komandan hədəfə gəlir.
Bir sözlə "Overton pəncərəsi" bir balaca aralandı. Bir azdan Hikmət Mirzəyevlə bağlı nağıllar, yalanlar başlayacaq, sonra Nərmin kimi biri çıxıb "mən bunları qəhrəman saymıram. Onlar gecə Şuşda yatan erməni əsgərini qorxudub"... Yəni mənzərə aydındır.
Sadəcə medianın gününə yanıram. Necə olur dəqiqləşdirilməmiş məlumatı belə asanlıqla yayır və erməninin oyununa girirlər?
Qhtxeber.az saytının baş redaktoru, sosial media eksperti Sənan Nəcəfov