«Media haqqında» yeni qanun layihəsi jurnalistikamızı yenidən dircəldəcək
13 Dekabr 2021 15:15 Sosial"Biz hamımız bilirik ki, Azərbaycanda reket jurnslitlər kifayət qədər at oynadırdılar. Hətta onlar bizim milli qəhrəmanlarımıza, şəhidlərimizə qarşı belə peşəsindən istifadə edib reketlik edirdilər. Bəzən onları çəkib efirə vermək üçün onlardan belə rüşvət, pul tələb edirdilər. Açıq deyə bilərik ki, uzun müddətdir həqiqətən də "reket jurnalistikası" və mediamızdakı problemlər hamımızı narahat edirdi. Azərbaycan jurnalistikası savadsız, jurnalistikaya dəxli olmayan primitiv bəziləri üzündən "yara almışdı". Bu mənada deyə bilərəm ki, Media haqqında yeni qanun layihəsi jurnalistikamızı yenidən dircəldəcək". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O bildirib ki, hər əlinə kamera alan özünə jurnalist deməməlidir: "Media haqqında qanunun qəbulu boşluqların nəhayət ki yekunlaşmasına səbəb olacaq. Bu da ölkəmizin gələcək inkişafına böyük təkan verəcəkdir".
Əkrəm Həsənovun sözzlərinə görə, "Media haqqında" yeni qanuna görə "Açıq sistem" ona deyilir ki, sistemdənkənar oyunçulardan kimsə ora daxil olmaq istəsə, qapılar hər zaman açıqdır. İstəməsə, özünün lazım bildiyi kimi fəaliyyət göstərə bilər: "Vahid jurnalist vəsiqəsi şəxsin jurnalist olub-olmadığını təsdiqləməyəcək, sadəcə, göstərəcək ki, o, qanunla tənzimlənən açıq sistemə daxil olan media icmasının nümayəndəsidir. Bu tənzimləmə olmadan reketliyə son qoymaq, peşəkar medianı digərlərindən ayırmaq mümkün deyil. Bu isə mütləq lazımdır, çünki peşəkar medianı fərqləndirib, dəstək vermək ölkənin gələcəyi baxımından önəmlidir"
Natiq onu da deyib ki, bəzi qərəzli insanlar media haqqında yeni qanun layihəsi ilə bağlı çaşqınlıq yaratmağa çalışırlar: "Bu cür çaşqınlığa aldanmamaq üçün əvvəlcə buradan başlamaq lazımdır ki, sənədin ruhuna görə peşəkar media ilə qeyri-peşəkar media fərqləndirilir, ikinciyə heç kim dəyib-toxunmur, birincisi isə istitutlaşdırılır. Bu, əslində çoxdan olmalı idi, biz hələ xeyli gecikmişik. Peşəkar medianın institutlaşdırılması sözsüz ki, heç kimin heç bir hüququnu pozmur".