Prezident İlham Əliyevə "Qarabağ"ın forması və futbolçuların imzaları olan top hədiyyə olunub - FOTOLAR

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

Olaylar.az  bildirir ki, Prezident İlham Əliyevə "Qarabağ" futbol klubunun forması və üzərində futbolçuların imzası olan UEFA Konfrans Liqasının topu hədiyyə olunub.

Prezident İlham Əliyevə hədiyyə olunan 10 nömrəli formanın üzərində Azərbaycan Prezidentinin ad və soyadı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31