Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
13 Dekabr 2021 12:38 SosialYevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə davam etdirilən nəzarət-profilaktik tədbirlər zamanı xəstəliyə yoluxmuş şəxs ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Famil Xəlilov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. F.Xəlilovun olduğu yer müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31