Mətanət qızından danışıb ağladı: "Bu ayrılıqlar məni öldürəcək"
11 Dekabr 2021 11:20 Sosial"Ülkər üçün darıxıram. Yanına sevinə-sevinə gedirəm, qayıdanda deyirəm ki, bu ayrılıqlar məni öldürəcək. Görüntülü danışıram, amma bir də var ki, onu hiss edəsən, öpəsən, qucaqlayasan".
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Həmin Zaur" verilişində deyib. Proqramda qızının görüntülərinə baxan sənətçi göz yaşlarını saxlaya bilməyib:
"Allah bütün qızları xoşbəxt etsin, mənim də balalarım onların içində. Qızım uzaqdadır, qürbətdədir. Bir də görürsən ki, Ülkərə bənzəyən bir qız görürəm, ürəyim əsməyə başlayır. Sonuncu dəfə yayda yanına getmişdim. Beş ay əvvəl Tuana adlı qızı dünyaya gəlib. Gözləri Ülkərinkinə oxşayır. Arzu edirəm ki, Azərbaycan anaları həmişə balalarının xoşbəxtliyini görüb sevinsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31