“Media haqqında” yeni qanun layihəsi plenar iclasına tövsiyə edildi
10 Dekabr 2021 15:05 Sosial"Media haqqında" yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. "Olaylar" ın məlumatına görə, bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında "Media haqqında" qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə komitə rəhbərləri, media qrumlarının rəhbərləri və digər qonaqlar iştirak edib. İştirakçılar çıxışlarında qanun layihəsi ilə bağlı təklif və rəylərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31