Deputat bu maddənin qanundan çıxarılmasını istədi
10 Dekabr 2021 12:52 Sosial"Layihədə ağır cinayət törətmiş şəxslərin media subyekti olmayacağı ilə bağlı maddə var. Amma məhkumluq üzərindən götürüləndən sonra o adam azad insan sayılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında "Media haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev deyib ki, bu maddəni qanundan çıxarılmalıdır: "Bu maddəni götürməliyik. Burada bir məntiq görmürəm, çünki bütün media subyektləri informasiya yaymaqla məşğuldurlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31