Əhməd İsmayılov: "Bəzi media orqanlarının feyk xəbərləri..."

Bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar KİV-lərin fəaliyyətinə mənfi təsir edir.

Olaylar.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilər: "Biz cəmiyyətimizi çaşdırıcı informasiayalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq", - deyə Ə.İsmayılov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31