Şəhid övladları “Rabitə” muzeyini ziyarət ediblər
9 Dekabr 2021 12:40 SosialAzərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində "Rabitə" muzeyi təşkil olunub.
"OLAYLAR" xəbər verir ki, rabitəçi şəhid və qazilərin, eləcə də Aprel və Tovuz döyüşləri şəhidlərinin övladları muzeyi ziyarət ediblər.
Eksponatlarla tanış olan uşaqlar onların tarixi və istifadəsi ilə bağlı məlumatları böyük maraqla dinləyiblər.
Şəhidlərimizin yadigarları vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31