Yunus Oğuzun tələbələrlə görüşü baş tutacaq
9 Dekabr 2021 12:37 SosialYazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun bu gün tələbələrlə görüşü keçiriləcək.
Olaylar.az xəbər verir ki, Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsi və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə dəyirmi masa formatında keçirilən görüş bu gün saat 14:00-da universitetin ikinci korpusunda baş tutacaq.
Görüşün məruzəçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31