Mikayıl Cabbarov bu federasiyadan da getdi
8 Dekabr 2021 19:08 SosialAzərbaycan Badminton Federasiyasının yeni prezidenti bəlli olub.
Olaylar.az xəbər verir ki, bundan sonra federasiyaya Taleh Ziyadov rəhbərlik edəcək.
O, bu postda iqtisadiyyat naziri Mikayıl Cabbarovu əvəzləyib.
Qeyd edək ki, T.Ziyadov "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktorudur.
Xatırladaq ki, Mikayıl Cabbarov 2015-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti idi.
Onu da əlavə edək ki, M.Cabbarov bir müddət əvvəl Qılıncoynatma Federasiyasından da getmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31