“YAŞAT” Fonduna 65 milyon manata yaxın vəsait toplanıb

7 dekabr 2021-ci il tarixinədək "YAŞAT" Fondunun hesabına 64 930 525.72 AZN vəsait mədaxil olub. Fonddan "OLAYLAR"-a bildirilib ki, bu müddət ərzində  qeydə alınmış müraciətlər əsasında ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə  görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 10 875 şəxsin 15 834 müraciəti icra olunub. Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN  məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57  təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31