20 min şəhid ailəsinə ödənişlər edilib

"İl ərzində 20 min şəhid ailəsinə ödəniş təyin etmişik". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.  Nazir deyib ki, bu il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600-dək mənzil verilib: "Bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. İl ərzində sosial psixoloji dəstək proqramları ilə 10 min nəfəri əhatə etdik. 1082 müharibə iştirakçısına müxtəlif reabilitasiya təyin edilib. Müxtəlif əzalarını itirən qazilərimiz elektron protezlərlə təmin edilib. Növbəti 15 gün ərzində müharibədə əzalarını itirən qazilərimizin protezlə təmin olunması yekunlaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31