DVX-nin rəsmi saytında yeni “İctimai açıq məlumat bazası” yaradılıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və açıq hökumətin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin rəsmi saytında "İctimai açıq məlumat bazası" adlı yeni bölmə yaradılıb. Xidmətdən "Olaylar"a bildirilib ki, istifadəçilərin məlumatları daha rahat şəkildə əldə etməsi üçün "İctimai açıq məlumat bazası"nda biznesə başlamaq üçün ilkin qeydiyyat prosedurları, zəruri sənədlər, vergilərin hesablanması və ödənilməsi, büdcə və xəzinə hesabları və rekvizitləri, elektron xidmətlər, vergi hesabatlarının tərtib olunması və göndərilməsi qaydaları və s. kimi vacib keçidlər mövcuddur.

İstifadəçilər məlumat bazasına aşağıdakı linkdən daxil ola bilərlər:

https://www.taxes.gov.az/az/page/ictimai-aciq-melumat-bazasi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31