Valideynlər yeniyetmələrin tətbiqdə nə qədər vaxt keçirdiklərini görə və vaxt məhdudiyyətləri təyin edə biləcəklər- YENİLİK

"Instagram" yeniyetmələrin internetdə daha təhlükəsiz istifadəsi üçün bir sıra funksiyalar təqdim edib.

Olaylar.az  xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri bildirib.

"Uzun müddətdir ki, gənclərin "Instagram"dan istifadə edərkən təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bu işin bir hissəsi olaraq, bəzi yeni alətlər və funksiyalar barədə elan edirik", - deyə o, bildirib.

Yeniliklərdən bəzilərinin gələn il istifadəyə verilməsi planlaşdırılır.

Beləliklə, valideynlər və qəyyumlar yeniyetmələrin tətbiqdə nə qədər vaxt keçirdiklərini görə və vaxt məhdudiyyətləri təyin edə biləcəklər.

İstifadəçilər onları izləməyən yeniyetmələri etiketləyə bilməyəcək.

Şirkət həmçinin uşaqları ilə sosial mediadan istifadəni müzakirə etməkdə kömək etmək üçün yeni valideyn və qəyyum təhsil mərkəzi hazırlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31