Bu il 230 min şəxs işlə təmin edilib
8 Dekabr 2021 11:40 Sosial"İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün ciddi addımlar atılır". "Olaylar" xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan Karyera İnkişaf" Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib: "7 min şəxsin peşə hazırlığına, 292 min şəxsin peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. 8485 şəxsə işsizlikdən sığorta təyin edilib, bu ödənişlərdə də 30% artım olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31