Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin informasiya sistemləri “Hökumət buludu”na keçəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin informasiya sistemləri və ehtiyatları mərhələli "Hökumət buludu"na keçəcək.
Olaylar.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na Keçid Planı"na müvafiq dəyişiklik edib.
Bununla da Azərbaycanda informasiya sistemləri və ehtiyatları mərhələli "Hökumət buludu"na keçəcək dövlət qurumlarının sayı 90-a çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31