Reket jurnalistika çiçəklənir

Bir neçə gün əvvəl bir xanım zəng edib hansısa onlayn qəzetdən olduğunu dedi. Xahiş etdi ki, sualına cavab verim. Sual əvəzinə şərhə başladı və mənə danışdı ki, bəs Həmkarlar İttifaqları Konfederasiyası işçiləri üzv olmağa məcbur edir. İşçilərin də hüquqlarını qorumur. Sözünü saxlayıb ona həmkarlar ittifaqının strukturunu izah etdim. Müəssisə, sahə prinsiplərini başa salmağa cəhd etdim. İzah etdim ki, konfederasiya federasiyaların birliyidir. İkincisi də heç kəsi həmkarlarda üzv olmağa məcbur etmək olmaz. Kim istəmir ərizə yazıb çıxa bilir. Gördüm xanımın məqsədi başqadır. Konfederasiya deyib durub. Deyir ki, işçilər şikayət edir ki, onlara həmkarlar ittifaqı yardm vermir. Yenə izah elədim ki, həmkarlar qarşılıqlı yardım kassası deyil. Onun funksiyaları başqadır. Funksiyaları da izah elədim. İndi görürəm xeyli reket qəzetdə xanım öz bildiyini yazıb. Axırda da qeyd edib ki, guya mən demişəm ki, konfederasiyada şəffaflıq yoxdur. Halbuki mən ümumiyyətlə şəffaflıqdan danışmamışam. Demişəm ki, ola bilər ilk təşkilatlarda hansısa neqativ hallar olar.

Mən adətən jurnalistlərə yox cavabı vermirəm. Amma özümün qara siyahım var. Sadəcə unuduram adlarını. Bir də yeni bir üsul öyrəniblər. Başqa onlayn qəzetin adını çəkirlər yazını isə bir başqa qəzetdə verirlər.

Sahib Məmmədov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31