Mütəxəssis “Omikron” ştammının əlamətlərindən danışdı
7 Dekabr 2021 16:55 Sosial"COVID-19-un Omicron ştammı əksər xəstələrdə koronavirusun yüngül simptomlarına səbəb olur".
Olaylar.az xəbər verir ki, bu sözləri Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik Kutze deyib.
Mütəxəssis bildirib ki, o, 70 Omikron xəstəsini müalicə edir. Onun sözlərinə görə, son iki həftə ərzində onların əksəriyyətində baş ağrıları, bədən ağrıları və boğaz ağrısı da daxil olmaqla xəstəliyin yüngül simptomları müşahidə olunub.
Eyni zamanda, Coetzenin qeyd etdiyi kimi, bu simptomlar "Delta"-nın səbəb olduğu simptomlardan fərqlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31