Əliliyi olan şəxslərə illik sosial ödəniş xərcləri artıb

Əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. Bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65% və ya 736 mln. manat artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, illik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44%, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31