Amnistiya ən çox bu şəhərdə tətbiq olunub

"Amnistiya Aktı ən çox Bakı şəhərində tətbiq edilir". "Olaylar"ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib. Prokurorluq rəsmisinin sözlərinə görə, buna səbəb cəzaçəkmə müəssisələrinin böyük əksəriyyətinin Bakıda yerləşməsidir:"Amnistiya Aktının təxminən 58 %-i sırf Bakıda tətbiq olunub. Ən çox amnistiyanı tətbiq edən müəssisələr Bakı şəhər probasiya idarəsindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31