500 mindən çox cərimə ləğv edilib

Amnistiya aktının tətbiqi nəticəsində 500 min manatdan çox cərimə ləğv edilib. "Olaylar"ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib. O qeyd edib ki, cərimələrin ödənilməsində şəxslərin maddi durumu nəzərə alınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31