Nahidə Babaşlıdan "Altın kelebek"lə bağlı açıqlama
6 Dekabr 2021 12:51 Sosial"Haradan başlayıb, harada bitirəcəyimi bilmədim. Təşəkkürlərim və heç dayanmayan gözyaşlarımla başlayıram".
Olaylar.az xəbər verir ki, bu sözləri müğənni Nahidə Babaşlı sosial şəbəkə hesabında yazıb. Ötən gün keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində "Azərbaycanın ən parlayan ulduzu" nominasiyasına layiq görülən sənətçi təəssüratlarını bölüşüb.
"Kiçik xəyallarımla çıxdığım bu yol heç ağlıma gətirməyəcəyim yerlərə gəldi. Yazan, təbrik edən, paylaşan hər kəsə sonsuz təşəkkürlər. Neçə gözəl günlərdə görüşmək ümidi ilə. Sizi sevirəm. Dəstək olan, səs verən həmvətənlərimə təşəkkürlər" deyə, Nahidə paylaşımında yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31