Pasportsuz toy edən cərimələndi

Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Olaylar.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Yolayrıc kəndində Nazim Buraqova məxsus evin həyətində təşkil edilən toy mərasimində iştirak edən qonaqların əksəriyyətinin,eləcə də mərasim sahibinin COVID-19 pasportu olmadığı, masalararsı məsafənin gözlənilmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntularına görə, N.Buraqov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31