"Kənan Hacının romanı real hadisələrə əsaslanır"- GÜLHÜSEYN KAZIMOV
6 Dekabr 2021 10:29 SosialOlaylar.az xəbər verir ki, Gülhüseyn Kazımov öz facebook profilində yazıçı Kənan Hacının tanınmış romanı haqqında öz fikirlərini paylaşıb.
Olaylar.az həmən paylaşımı təqdim edir: "Tanınmış və çox istedadlı yazıçımız Kənan Hacının"Hakimə açılan atəş" romanını oxudum.Bu əsər real hadisələrə əsaslanır.Vaxtilə Zərdab rayonunda hakim vəzifəsində ləyaqətlə çalışmış, birinci Qarabağ müharibəsində doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin müdafiəsində iştirak edərkən şəhid olmuş Məhərrəm Məmmədovun şərəfli həyat yolu nasirin ustad qələmi ilə işıqlandırılb.Qarabağda olmayan Kənan Hacı "külli Qarabağın" gözəl mənzərələrini,relyefini, landşaftını,bir sözlə təbiət təsvirlərini necə məharətlə qələmə alıb, bax bu da yazıçı möcüzəsidir.Əsərdə Məhərrəm Məmmədov obrazının psixoloji, romantik, emosional tərəfləri böyük ustalıq və səmimiyyətlə açılıb.
Qeyd edim ki, əsərin qəhrəmanı Məhərrəm Məmmədov peşəkar vəkil Adəm Məmmədovun atasıdır".