“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi jurnalistləri təltif etdi

"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva doğma Vətənə, Azərbaycana qısamüdddətli səfəri çərçivəsində media nümayəndələri ilə də görüşüb. Əvvəlcə görüş iştirakçıları torpaqlarımız uğrunda şəhid olan həmvətənlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. "DAVAM" Gənclər Hərəkatının ofisində baş tutan görüşü açıq elan edən "Diaspor Press" informasiya mərkəzinin rəhbəri, diaspor işləri üzrə ekspert Toğrul Allahverdili "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin fəaliyyətindən, gördüyü işlərdən, təşkilatın Azərbaycan adına həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi Avropada uğurlu diaspor fəaliyyəti göstərən təşkilatlardan biridir.

Sonra çıxış edən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva rəhbərlik etdiyi qurumun Azərbaycanın haqq səsinin dünyaya, eləcə də Niderland Krallığına çatdırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, rəhbərlik etdiyi qurumun ən məhsuldar fəaliyyəti 44 günlük Vətən müharibəsi dövrünə təsadüf edib. Çünki 44 günılük Vətən müharibəsi zamanında Niderland Krallığındakı erməni lobbisi, ayrı-ayrı diaspor təşkilatları Azərbaycan əleyhinə geniş miqyaslı fəaliyyətlər həyata keçirib., dövlətimiz barədə Avropanın bu ölkəsində mənfi rəy formalaşdırmağa çalışıblar. "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi isə bütün imkanlarını səfərbər edərək Niderlandda fəaliyyət göstərən digər Azəbaycan diaspor təşkilatları ilə birlikdə erməni təxribatlarına qarşı adekvat addımlar atıb, fəaliyyətlər ortaya qoyub.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı da çıxışında "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin Azərbaycan naminə gördüyü işlərdən, Niderlandda həyata keçirdiyi uğurlu fəaliyyətdən danışıb. Bildirib ki, bu kimi güclü, əzmkar diaspor təşkilatları Avropada erməni lobbisi, diasporunun Azərbaycanla bağlı məkirli planları, təxribatlar həyata keçirməsinin qarşısını alır. Məlahət İbrahimqızı Mayisə Ağamirzəyevanın 18 ildir Niderlandda yaşamasına baxmayaraq dilimizin zənginliyini də qoruyub saxladığını, öz ana dilimizi unutmadığını diqqətə çatdırıb və bununla fərəhləndiyini vurğulayıb.

Niderlanddakı "Hollandiya Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi ilə birlikdə həyata keçirdikləri tədbirlər, layihələrdən danışıb və Mayisə Ağamirzəyevanı qorxmaz, əzmkar bir xanım kimi xarakterizə edib. Tədbirdə çıxıç edən digər qonaqlar da "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin uğurlu fəaliyytindən söz açıblar.

Sonda "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva tərəfindən rəhbərlik etdiyi təşkilatla səmərəli fəaliyyətinə görə. bir sıra media nümayəndələri təltif edilib. Təltif olunanlar arasında olaylar.az-ın əməkdaşı da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31