Lənkəranda qeydə alınan anomal hava şəraiti ilə bağlı açıqlama
3 Dekabr 2021 16:34 SosialDekabrın 1-də dünyada ən anomal hava şəraiti Lənkəran şəhərində qeydə alınıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Olaylar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il 1 dekabr tarixində gözlənildiyi kimi, cənub-qərb istiqamətli, nisbətən isti hava cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində havanın maksimal temperaturu Lənkəranda 29,1, Bakıda isə 26 dərəcə isti olub:
"Bu da ən yüksək maksimal temperaturdur. Çoxillik meteoroloji məlumatlara əsasən, son 30 ildə havanın ən maksimal temperaturu 2010-cu ildə Bakıda 21,2, Lənkəranda isə 21,3 dərəcə isti təşkil edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31