Pulsuz hüquqi yardım aksiyası keçirilib

Milli Məclisin sədr müavini Adil Əliyevin təşəbbüsü ilə onun deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən deputat ofisində şəhid ailələri, qazilər, habelə ərazidə yaşayan vətəndaşlar üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin iştirakı ilə pulsuz peşəkar hüquqi yardım aksiyası keçirilib. 
Vəkillər Kollegiyasının "Arbitrium" Vəkil Bürosunun 6 nəfər vəkili tərəfindən 45 nəfər vətəndaşa pulsuz hüquqi yardım göstərilib, vətəndaşların qaldırdıqları məsələlərlə bağlı məhkəmələrə iddia ərizələri hazırlanıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Bundan başqa, aksiya çərçivəsində müraciət edənlərə müxtəlif hüquqi məsləhətlər verilərək, peşəkar hüquqi yardım göstərilib.
Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq təşkil edilmiş aksiyada iştirak edən şəhid ailələri, qazilər və digər  vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31