“ÜST  ilkin araşdırmalardan sonra bu variantı narahatlıq doğuran variantlardan biri kimi klassifikasiya edib”- Nicat Əzimli

Son zamanlar dünya ölkələrində "COVİD-19" infeksiyasının yeni ştamı Omirkon variantının yayılma halları artıb. Bu isə dünya ölkələrində ciddi narahatlıqlara səbəb olub. Bu variantın digər variantlardan fərqi nədir? Daha çox hansı yaş kateqoriyalarında rast gəlinməsi mümkündür?

Olaylar.az-a bu barədə açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki,Omikron variantı ilk dəfə 9 noyabr 2021-ci il tarixində Cənubi Afrika Respublikasında aşkarlanmış, 24 noyabr 2021-ci il tarixinədək həmin ərazi üzrə yüksək yoluxuculuq göstərərək 3 dominant variantdan birinə çevrilmişdir. Buna görə də həmin tarixdə ÜST-ə bu variant haqqında məlumat verilib.

"ÜST isə ilkin araşdırmalardan sonra bu variantı narahatlıq doğuran variantlardan biri kimi klassifikasiya edib. Hazırda bu variantın bioloji xüsusiyyətlərindən dəqiq bilinən budur ki, Omikron 32 hissədə mutasiya keçirməklə təkmilləşib və Delta variantı da daxil olmaqla digər bütün "SARS-CoV-2" variantlarından daha yoluxucudur. Lakin, törətdiyi xəstəliyin klinik gedişatında öncəki variantlarla hansı fərqlər olduğunu bilmək üçün bir az daha zamana ehtiyac var. İlkin məlumatlarda bir-birinə zidd informasiyalar mövcuddur. Hansı ki, sonuncular xəstəliyin klinikasında yüngülləşmə olduğunu bildirir.

Qeyd olunur ki, xəstəlik daha çox gənclər arasında yayılmaqla birlikdə, yorğunluq, əzələ ağrıları, boğazda qaşıntı və qıcıqlanma, quru öskürəklə özünü göstərir. Hər bir halda yaşlı kateqoriyaya məxsus şəxslərdə xəstəlik yenə də daha risklidir və buna qarşı hazırlıqlı olmaq üçün isə vaksinasiyada iştirak etmək məsləhətdir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31