Dünən paylaşım etmişdi, bu gün xəstəxanaya yerləşdirildi - FOTO

Koronavirusa yoluxan satirik şair, jurnalist Əvəz Qurbanlı Zığdakı modul tipli xəstəxanaya yerləşdirilib.

Olaylar.az olke.az-.a istinadən xəbər verir ki, bu barədə onun dostu Məğrur Salmanov sosial şəbəkə hesabında paylaşım edib.

"Danışmaqda, nəfəs almaqda çətinlik çəkir. Ciyərlərində 60 faiz buzlaşma var", - o vurğulayıb.

Qeyd edək ki, dünən Əvəz Qurbanlı yüksək temperaturu olduğu, vəziyyətinin kritik olduğu barədə paylaşım edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31